Dr. Mehriban Məlikova
Plastik estetik cərrah
Ümumi məlumat
Mehriban Dursun qızı Məlikova 1992-1998-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini bitirib. 1998-2000-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardm xəstəxanası bazasında 1-ci cərrahi xəstəliklər kafedrasında cərrahiyyə üzrə klinik ordinaturə keçib.. 1998-2000-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardm xəstəxanası bazasında 1-ci cərrahi xəstəliklər kafedrasında cərrahiyyə üzrə klinik ordinaturə keçərək professor Nuru Bayramovun başçılığı altında “Qara ciyər cərrahiyyəsi” üzrə mövzularda 4 elmi məqalə hazırlayıb. 2009-cu ildə Piraqov adına Milli Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Həkimləri Təkmilləşdirmə institutun. Akademik E.F.Kiranın başçılıq etdiyi Ginekologiya kafedrasında 3 aylıq kurs keçib, 500-ə yaxın ginekoloji və laporoskopik əməliyyatlarda iştirak edib, müvafiq sertifikat alıb. 2000-2014-cü illər ərzində ümumi cərrahiyyənin müxtəlif sahələri üzrə Bakı şəhərində keçirilən Respublika və Beynəlxalq əhəmiyyətli elmi-praktik konfranslarda iştirak edib.2015-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə üzrə ixtisasartırma kursu keçmişdir. 2015 ildə İstanbul şəhərinin Cərrahpaşa xəstəxanasında 3 aylıq kurs keçmişdir.
İndiyədək çalışdığı tibb müəssisələri
- 2003-2005-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasında, həkim-cərrah
- 2005-2007-ci illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Hərbi Hospitalında, həkim-cərrah 2007-2012-ci illərdə Diaqnoz Tibb mərkəzində. Bəki Medikal Plazada həkim-cərrah.
- 2012-2014-cü illərdə Turan Klinikasında həkim-cərrəh.
- 2014-2020-ci illər arasında Medika Hospitalda çalışmışdır.
- 2015 ildə İstanbul şəhərinin Cərrahpaşa xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib.
- Hal-hazırda Azərbaycan Həkimləri Təkmilləşdirilməsi İnstitutu Plastik Rekonstruktiv Cərrahiyyə Klinikası plastik-estetik cərrah kimi fəaliyyət göstərməkdədir.
Göstərdiyi xidmətlər
Ümümi cərrahiyyə və ginekoloji əməliyyatlar açıq, laparoskopik, histeroskopiya, histerorezektoskopiya kimi praktik təcrübələrə yiyələnib. Son 6-7 ildə 3000-ə yaxın (müxtəlif ginekoloji, proktoloji, yırtıqların plastikası, abdominoplastika, öd kisəsi, tiroid vəzi, fleboektomiya və s.) cərrahi əməliyyatlar həyata keçirib.