Dr. Mehriban Məlikova
Dr. Mehriban Məlikova 1992-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini bitirmişdir. 1998-2000-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardm xəstəxanası bazasında 1-ci cərrahi xəstəliklər kafedrasında cərrahiyyə üzrə klinik ordinatura keçərək professor Nuru Bayramovun başçılığı altında “Qara ciyər cərrahiyyəsi” üzrə mövzularda 4 elmi məqalə hazırlayıb. 2009-cu ildə Piraqov adına Milli Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Həkimləri Təkmilləşdirmə institutunun Akademik E.F.Kiranın başçılıq etdiyi Ginekologiya kafedrasında 3 aylıq kurs keçib, 500-ə yaxın ginekoloji və laparoskopik əməliyyatlarda iştirak edib, müvafiq sertifikatlar alıb. 2015-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə üzrə ixtisasartırma kursu keçmişdir. 2015-ci ildə İstanbul şəhərinin Cərrahpaşa xəstəxanasında 3 aylıq kurs keçmişdir.
Bütün şəkillərə baxın

Son Instagram paylaşımlarımız
İcra etdiyimiz əməliyyatlar
Pasiyentləri ən çox maraqlandıran suallar
Vaginal kanalın genişlənməsinin ən vacib səbəbi normal doğuşdur. Doğuşların sayı artdıqca genişlənmə sürəti də artır. Bundan əlavə, genetik səbəblər, həddindən artıq kilo almaq, hədsiz kilo itkisi, hamiləlik, qocalıq və menopauza, vaginanın divarlarında əzələlərin boşalmasına səbəb olur və bu, vaginada genişlənmə və sallanmaya səbəb ola bilir.
Vaginanın genişlənməsi həm qadın, həm də qarşı tərəf üçün cinsi problemlərə səbəb ola bilər. Genişlənmiş vagina səbəbindən həm kişi, həm də qadın tərəf münasibətdən kifayət qədər cinsi zövq ala bilməzlər. Həmçinin bu cür genişliklər cinsi əlaqə zamanı vaginadan səslər gələrək narahatlıqlara da səbəb ola bilər. Bu vəziyyətdə qadının özünə qarşı inam itkisi də azala bilir. Bəzən vaginadakı əzələlərin boşalması səbəbiylə orqanlarda (sidik kisəsi, bağırsaq) aşağı sallanma, sidik qaçırma və s. bu kimi xoşagəlməz hallar da baş verə bilir.
Vaginoplastika əməliyyatları ümumi anesteziya və ya epidural anesteziya ilə edilə bilər. Prosedur zamanı vaginanın arxa divarının bir hissəsi kəsilib çıxarılır, vagina divarındakı boşalmış əzələlər sıxışdırılaraq gücləndirilir və son olaraq, kəsilmiş kənarlar tikişlər vasitəsilə bir-biri ilə tikilir. Beləliklə, güclü bir pelvik nahiyəsi və daha dar bir vaginal kanal diametri əldə edilir. Əməliyyat təxminən 45 dəqiqə çəkir. Bəzən vaginoplastika ilə birgə daxili cinsiyyət dodaqlarının kiçildilməsi əməliyyatı olan labioplastika da aparıla bilər ki, bu vəziyyətdə əməliyyat müddəti biraz daha uzun olur.
Ləkə, ağrı və şişkinlik vaginoplastika əməliyyatından sonra ilk bir neçə gün ərzində görülür. Ağrı üçün ağrı kəsici preparatlar, şişkinlik üçün isə buz istifadəsi tövsiyə olunur. Əməliyyatdan sonra normal gündəlik fəaliyyətlər ikinci və ya üçüncü gündə bərpa edilə bilər. Əməliyyat zamanı öz-özünə sorula bilən tikişlərdən istifadə olunduğu üçün sonradan tikişləri çıxartmağa ehtiyac yoxdur. Xəstələrə 4-6 həftə ərzində cinsi əlaqədə olmaq, tamponlardan istifadə etmək və ya vaginaya nüfuz edə biləcək buna bənzər hərəkətlər etmək tövsiyə edilmir. Əks təqdirdə, yenidən vaginal kanalda genişlənmələr baş verə bilər.
Vaginaplastika normal doğuşa mane olmur; lakin normal doğuş təkrar vaginada genişlənmələrə səbəb olacaqdır. Buna görə, tərəflər körpə istəyirlərsə, bu əməliyyat doğuşdan sonraya təxirə salına bilər.
Əməliyyatdan sonra qadınların özünə inamı artır. Cinsi problemlər və sidik qaçırma kimi funksional problemlər həll olunur. Pasiyentlərin əməliyyatdan sonrakı məmnuniyyət səviyyəsi yüksəkdir.