Vaginaplastika nədir? Vagina daraltma haqqında
Vagina daraltma (Vaginaplastika)
Vaginada genişlənmə bir çox qadında yaş irəlilədikcə və hamiləlik, təbii doğuş kimi hallar keçirdikdə meydana gələ bilməkdədir. Vaginanın genişlənməsi nəticəsində həm cütlüklərin cinsi həyatı mənfi istiqamətdə təsirlənir, həmçinin qadının vaginal infeksiyalara yoluxma riski artır, bununla yanaşı bəzən vaginadan qaz çıxarma kimi şikayətlər də görülə bilinir. Bu səbəbdən də bir çox qadın vagina daraltmaq üçün həkimlərə baş vurmaqdadırlar.
Vaginaplastika nədir?
Vagina daraltma əməliyyatlarının tibbdə elmi adı Vaginaplastika olaraq adlandırılır. Vaginaplastika, yəni cərrahi yolla vagina daraltmaq əməliyyatları kosmetik ginekologiya sahəsində labioplastika qədər tərcih edilən önəmli əməliyyatlar sırasındadır. Vagina daraldıcı əməliyyatlar rekonstruktiv (yenidən bərpaedici) əməliyyatlardır və plastik-estetik və ya ginekoloq cərrahlar tərəfindən həyata keçirilməkdədir.
Vagina nə səbəbdən genişlənir?
Vagina bağ sistemi və əzələ toxumasından ibarət bir nahiyədir. Bağ sisteminin əsas elementi isə kollagenlərdir. Yaş irəlilədikcə, keçirilmiş təbii doğuşlar, hamiləlik, abort və bu kimi bənzər prosedurlar nəticəsində bu bağ və əzələ sistemi müəyyən təsirə məruz qalır və vaginada genişlənmələr meydana çıxır.
Ən sıx görülən səbəbi isə təbii yolla doğuş etməkdir. Əsasən də çətin keçən doğuşlar vaginanın əzələ və bağ sistemində yırtıqlara yol açaraq vaginada qalıcı şəkildə genişlənmələrə səbəb olur. Digər tərəfdən təbii doğuş planlaşdırılmış, amma doğuş başladığı ancaq müəyyən səbəblərdən keysəriyyə ilə başa çatdırılmış hallarda belə vagina genişlənməsi müşahidə oluna bilər.
Genişlənmənin ən çox görülən səbəbinin təbii doğuş olduğunu desək də bəzən heç doğum etməmiş, hətta hamilə belə olmamış qadınlarda da vaginal genişlənmə şikayətləri görülə bilər. Bu, qadınlarda əzələ bağ sisteminin zəifliyi ilə əlaqədar olub, nəticə olaraq bağ aparatının elastikliyinin daha çox olması ilə bağlıdır. Bu hal cinsi əlaqə zamanında islanmanın da təsiri ilə vaginada bol mayenin yaratdığı genişlənməyə də dəlalət edə bilməkdədir.
Vagina gəncləşdirmə
Vagina gəncləşdirmə geniş bir anlayışdır. Vaginanın gəncləşdirmə ehtiyacı sadəcə genişlənmədən şikayət edən pasiyentlər üçün olmayıb, həmçinin yaşlanma və həmçinin menopauza dövründə meydana gələn hormonal sistemdə baş verən düşüşlər səbəbində vaginanın elastik formasını itirən pasiyentlərə də aid olmaqdadır. Vaginanın əvvəlki formasını yenidən alması üçün tətbiq olunan bütün prosedurlar “vagina gəncləşdirmə” adı altında toplanmaqdadır.
Vaginaplastika haqqında məlumat
Genişlənən vaginanın yenidən əvvəlki darlığını qazandırmaq məqsədilə icra edilən əməliyyatlara vaginaplastika deyilir. Doğum sırasında genişlənə bilmə xüsusiyyəti sayəsində maksimum genişlənən vagina, doğum sonrasında tam olaraq əvvəlki vəziyyətinə dönməz. Əsasən də çətin keçən və iri körpə dünyaya gətirən xanımların vaginalarının əzələ və bağ aparatı ciddi zədə görür və vaginada qalıcı şəkildə genişlənmə meydana gəlir. Genişlənməylə əlaqədar olaraq da qadında özünə qarşı inamsızlıq və yoldaşı ilə cinsi problemlər yaşanmağa başlanılır. Belə hallar qadını vaginasını əvvəlki formaya gətirə bilmək üçün çarələr axtarmağa gətirib çıxarır.
Vaginaplastika həm plastik-estetik cərrahlar, həmçinin də ginekoloq tərəfindən icra edilən bir əməliyyatdır və əsas məqsədi vaginanı əvvəlki sıx formaya gətirməkdir.
Vaginaplastika və vagina daraltma əməliyyatlarında vagina içərisində edilən kəsiklər üçbucaq şəklində olub, müvafiq parçalar çıxarılır və kəsik nahiyələri tikişlər vasitəsilə birləşdirilərək daralma həyata keçirilməkdədir. Vaginanın arxa divarı, girişdən etibarən boylu boyunca daraldılmaqdadır. Bəzi hallarda əzələ və bağ sistemində zədələnmə və ayrılma meydana gəlmişdirsə, bu zaman həmçinin vaginal kanal altındakı çanaq əzələləridə bir-birlərinə yaxınlaşdırılaraq sıxlıq artırılmaqdadır.
Vaginal genişlənmə zamanı necə problemlər ortaya çıxa bilər?
Vaginanın müəyyən zaman ərzində genişlənməsi cinsi əlaqə zamanı penisi tam olaraq qavraya bilməməsinə və bunun nəticəsində cinsəl tətminin tam olaraq mümkün olmamasına səbəb olur. Əsasən də, bir çox cütlüklər cinsi həyatlarının doğumdan sonra əvvəlki kimi olmadığından şikayətlənirlər.
Vaginadan qaz çıxarma, cinsi əlaqə zamanı səs gəlməsi
Vaginal genişlənmənin cinsi münasibətlərə təsirindən danışsaq da, burada bir digər xoşagəlməz hal, cinsi birləşmə zamanı ortaya çıxan səslərdir ki, bunlar da cütlüklərin adaptasiyalarının pozulmasına səbəb olur. Cinsi əlaqə zamanı vaginadan səs gəlməsi qaz çıxarma ilə bağlıdır və əlaqədən alınan həzzi azaltmaqdadır.
Cinsi əlaqə zamanı vaginanın penisi tam əhatə edə bilməməsi və çıxan belə narahatedici səslər, cinsəl həzzi azaldır və zaman içərisində cinsi istəyə mənfi təsir göstərir. Belə hallar artıq cinsi əlaqələrin sıxlığını azaldır və aseksual bir evliliyə gətirib çıxarır.
Vagindan qaz çıxarma ilə bağlı səslər nəinki cinsi əlaqə zamanı, həmçinin idman hərəkətləri edərkən, ağır qaldırarkən və qaçış əsnasında da baş verə bilər ki, bunlar da sosial yaşam keyfiyyətinə təsir etməkdədirlər. Bu səbəbdən qadınlar vaginaplastika əməliyyatlarına üz tutmaqdadırlar.
Vaginaplastika ilə vagina nə qədər daralır?
Vagina nə qədər genişdirsə, əməliyyat sırasında o qədər daraldılacaqdır. Bu səbəbdən heç doğum etməmiş bir qadınla, 5 doğum etmiş qadının vaginal daralması fərqli olacaqdır. Vagina daraldıcı əməliyyatlar ilə vagina həm iç tərəfdən,həm də çöl səthindən daralmaqdadır.
Genişlənməsi çox olan bəzi xəstələrdə 7-8 sm-ə qədər içəridən daralma icra oluna bilər. Bu cür hallarda vaginanın uzunluğu azalmaz ikən, kanal bütün uzunluğu boyu daraldılır.
Cinsi həzzin qadınlarda ən sıx olduğu nahiyə vaginanın giriş hissəsidir. Bu hissədə klitor və G nöqtəsi kimi cinsəl oyandırıcı orqanlar yerləşməkdədir. Penisin içəriyə girərkən bu toxumalar ilə mexaniki təması həzzə və oqrazm olmaya müsbət istiqamətdə təsir etməkdədir. Bu səbəbdən vaginal daraltma əməliyyatı hər baxımdan fayda göstərməkdədir.
Vaginaplastika əməliyyatına başlamazdan əvvəl vaginal giriş praktik bir şəkildə barmaq salınaraq ölçülməkdədir. 1 və 2 barmağın girməsi normal, 3 barmağın girməsi orta, 4 barmaq və daha çox isə bu yüksək dərəcəli genişlənmə hesab olunur. Bütün bu əməliyyatın əsas məqsədi vaginal genişliyi 1-2 barmaq səviyyəsinə gətirməkdir. Nümunə olaraq 4 barmaq genişliyindəki girişin vaginal daraltma ilə 2 barmağa qədər daraldılması cütlüklər üçün olduqca məmnun edicidir.
Vaginaplatika əməliyyatı sonrası diqqət edilməsi gərəkli məqamlar
Vaginaplastika anesteziya altında və əməliyyatxanada icra olunan əməliyyatdır. Əməliyyat sonrası dövrdə cüzi ağrı və qanama gözlənilən hallardır. Həkimin məsləhət gördüyü formada sarğıların edilməsi və dərmanların istifadə olunması ilə yaxşılaşma sürətli şəkildə baş tutacaqdır.
Əməliyyat sonrası ilk 1 ay ağır işlərdən qaçınılmalı, hovuza, dənizə girilməsi dayandırılmalıdır. Mütəmadi qidalanma, siqaret istifadı etməmək, bol su qəbulu və istirahət yaraların sağalmasını sürətləndirəcəkdir. Əməliyyat sonrası cinsi əlaqəyə isə 4-6 həftəlik ara verilməsi məsləhət görülür.