Himenoplastika emeliyyati, Qızlıq pərdəsinin bərpası, Qızlıq perdesinin tikilmesi

Qızlıq pərdəsinin bərpası – Himenoplastika əməliyyatı

Qızlıq pərdəsinin bərpası mümkündürmü?

Qadınlarda vagina yolu girişində pərdə formasında olduğu üçün qızlıq pərdəsi olaraq adlandırılan bir hissə mövcuddur. Qızlıq zarı cəmiyyət arasında bakirəliyi, əl dəyilməmişliyi təmsil etdiyi üçün bir qadında evlilik qabağı qızlıq pərdəsinin olması gözlənilir. Cəmiyyətimizdə bəzi məqamlarda təəssüflər olsun ki, bu mövzu ilə bağlı kədərli hallar belə yaşanmaqdadır və qadınlar bu baxımdan təzyiqlərə və şiddətə məruz qalırlar. Buna görə də evlənməzdən qabaq cinsi əlaqə yaşamış və bunu gizlətmək istəyən qadınlar qızlıq pərdəsinin bərpası üçün əməliyyata müraciət edirlər. Bu prosedur tibbdə himenoplastika olaraq adlandırılır.

Bilindiyi kimi, qızlıq pərdəsi sadəcə cinsi əlaqə zamanı pozulmur. Bəzi hallarda sürtlünmə yoluyla girilən cinsi əlaqə, vaginaya sərt bir zərbə gəlməsi, bir cisim ilə masturbasiya edilməsi də qızlıq pərdəsini qismən və ya tamamilə yırta bilməkdədir. Hər qadında qızlıq pərdəsinin quruluşu eyni deyildir. Elastik qızlıq pərdəsinə sahib insanlar cinsi ilişkiyə tam şəkildə girsələr belə, zar yırtılmaya bilər və qanama baş verməz. Daha əvvəl heç bir münasibəti olmayan xanımlar belə qızlıq zarının elastikliyi səbəbindən yanlış günahlandırılmalarla üz-üzə qalmaqdadırlar. Bu məlumatlara əsaslanaraq, əslində qızlıq pərdəsinin tam mənası ilə bakirəliyin göstəricisi olmadığını və cəmiyyətdəki bu düşüncəniz yersiz olduğu söylənilə bilər.

Qızlıq pərdəsinin tikilməsi üçün xanımlar himenoplastika üçün xüsusi mütəxəssisə müraciət etməlidirlər. Bu əməliyyat sıradan həkimlər tərəfindən icra oluna biləcək bir əməliyyat deyildir. Həkimin mütləq şəkildə bu mövzu üzərində ixtisaslaşması lazımdır. Əks təqdirdə uğursuzluqla nəticələnən hallarla və bəzi komplikasiyalarla qarşılaşmaq mümkündür.

Himenoplastika emeliyyati haqqinda

Himenoplastika əməliyyatı necə icra olunur və növləri hansılardır?

Keçici himenoplastika: Əvvəllər qızlıq zarının olduğu nahiyə tikişlər vasitəsilə birləşdirilir. Cinsi əlaqə zamanı tikiş yerinin yırtılaraq qanama meydana çıxması əməliyyatın əsas məqsədidir. Keçici qızlıq pərdəsinin bərpası zamanı ən əsas xüsusiyyət cinsi əlaqə tarixinə, yəni evlilik gününə yaxın ən gec 7 gün əvvəl icra olunmasıdır. Bu vaxtdan daha çox keçərsə qanaxma baş verməyə bilər. Prosedur çox asan bir formada, yerli anesteziya altında və qısa müddət içərisində gerçəkləşdirilir. Pasiyent eyni gün içərisində normal yaşamına geri dönə bilir.

Qalıcı himenoplastika: Buna Flep üsulu da deyilməkdədir. Vagina içərisindəki parçalar götürülərək yeni bir qızlıq pərdəsə hazırlanır. Bu əməliyyat peşəkarlıq tələb edən və diqqət gərəkdirəcək bir əməliyyatdır. Keçici üsuldan fərqli olaraq, nə zaman icra olunmasının bir önəmi yoxdur. Yenidən cinsi ilişkiyə girənə qədər qalıcılığını uzunmüddət qoruyur. Ortalama yarım saatlıq bir müddət sonunda prosedur yekunlaşır. Bəzi vaxtlar pasiyentin istəyinə uyğun ümumi anesteziya icra olunsa da, yerli anesteziya ilə icra olunaraq xəstənin daha tez özünü toparlaması təmin edilir. Qalıcı himenoplastika əməliyyatı sonrası bir müddət qanama olması normaıl bir haldır. Antibiotik istifadəsi və gigiyenik qaydalara riayət etmək infeksiya riskinin qarşısını alır. Əməliyyatdan sonra ağrı da hiss edilə bilinər, amma bunlar keçicidir. Əməliyyat olunmuş nahiyənin tam sağalmasına qədər ağır fiziki işlərdən qaçınılmalıdır.

Əməliyyat öncəsi çox cinsi ilişki keçirmiş şəxslər vagina kanalının da daralmasını istəyə bilirlər ki, bu əməliyyat vaginaplastika ilə birgə də icra oluna bilinməkdədir. Tibb və texnologiyanın irəliləməsi nəticəsində cərrahi prosedurların spesifikliyi artmışdır. Himenoplastika da bunlardan biridir. Özünüzə uyğun formanı seçdikdən sonra nəticənin uğurlu olma ehtimalı yüksəkdir.

Himenoplastika əməliyyatından sınra həkim tərəfindən nəzarət olunur və gərəkli dəstək verilir. Əməliyyat sonrası idman etmək, hovuza və dənizə girmək, ağır əşyaları daşımaq olmaz. Ayaqları çox aralamamağa çalışmaq və gigiyenik qaydalara riayət etmək tövsiyə olunur.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.