Sestosele ve rektoseledə əməliyyatlar

Siestosele – sidik kisəsinin vaginaya doğru yaxınlaşması və ya yırtıq əmələ gətirməsidir. Əgər bu halla yanaşı sidik kisəsi sallanması da var varsa bu zaman xəstə tez-tez sidik qaçırma ilə də qarşılaşa bilər. Sestosele elə bir xəstəlikdir ki, o daha çox ağır doğuş edən qadınlarda, müntəzəm ağır yük qaldıran insanlarda, köklükdən əziyyət çəkənlərdə rast gəlmək olar.

Sallanan sidik kisəssi vaginanı sıxır və onun anatomiyasını pozmağa başlayır. Adətən əməliyyat zamanı Kelly tikişindən istifadə olunur. Əməliyyatdan sonra 4-6 həftə ərzində gündəlik fiziki hərəkətlərə bir qədər məhdudiyyətlər qoymaq lazınmdır. Xəstələyin daha yüngül formalarında lazerlə müdaxilə ilə sağalma mümkündür. Lazer zədələnməkdə olan toxumaları bir qədər bərkidir və problemi aradan qaldırır.

Tikişsiz, kəsiksiz üsul olan lazer ER – tətbiqində yağ ilə vagunada yenilənmə baş verir. Müdaxilədən sonra sağalmanın irəliləməsi üçün ağır qaldırmaq olmaz və ağciyər xəstəliklərindən qorunmaq lazımdır.


Rektosele – bağırsaq və vagina arasındakı yağ toxumasının zədələnməsi nəticəsində hər iki divar arasında əmələ yırtıqdır. Bu zədələnmələr adətən ağır doğuş zamanı meydana çıxır. Uzunmüddətli qəbizlik isə mövcud olan rektoseleni daha da şiddətləndirir. Vaginada dolğunluq hissi, cinsi əlaqə zamanı şiddətli ağrı və vaginal qanaxma kimi şikayətlər də ortaya çıxır. Xəstələrdə adətən çanaq sümüyü içərisində təzyiq hissi və narahatlıq yaranır.
Əgər profilaktik üsullar ilə nəticə əldə edilməzsə, cərrahi əməliyyat tətbiq olunmalıdır.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.