
Sterilizasiya
Sterilizasiya – insan sağlamlığı üçün zərərli olan xəstəlik yaradan bütün mikroorqanizmlərin məhv edilməsi deməkdir. Sterilizasiya prosesi üçün diqqət ediləsi bir neçə məqam vardır.
Sterilizə ediləcək obyekt yaxşı yuyulmalıdır
obyekt aparata elə yerləşdirilməlidir ki, şüa və ya buxar hər yerinə nüfuz etsin
Sterilizə aparatında vaxt düzgün ayarlanmalıdır
Sterilizə üsuluna uyğun aparata indikator yerləşdirilməlidir.
Sterilizasiya infeksiyalar ilə mübaruzədə ən uyğun çıxış yoludur.
İnfeksiyadan qorunmaq üçün ancaq sterilizasiya və dezinfeksiya tətbiqiylə qaçmaq olar. Hər iki prosesdə üsul seçimi steril, dezinfeksiya ediləcək obyekt və mikroorqanizmin cinsindən çox şey asılıdır. Əsasən kimyəvi və fiziki yollardan istifadə olunur.
Tempratur ilə sterilizasiya
a)Quru isti havanın tətbiqi ilə – Pasteur sobasında edilir və mühitdə nəm olmadığından, proses çox uzun çəkir. Tempratur əsasən 135-170 dərəcə arasında dəyişir.
- b) Nəmli istilik ilə sterilizasiya – ən geniş yayılmış su buxarı təzyiqi ilə istifadə olunan üsulda və sporlar da daxil bütün mikroorqanizmləri məhv edir. Təzyiq ilə doymuş su buxarı arasındakı vaxt-tempratur münasibəti belə tənzimıənir: 121 dərəcə 30 dəqiqə, 126 dərəcə 20 dəqiqə, 134 dərəcə 15 dəqiqə. Bu üsul cərrahi alətlər, pambıq materiallar, əlcəklər üçün tətbiq olunur. Təzyiqsiz buxar ilə sterilizasiyada isə qaynayan su buxarının tempraturu normal atmosfer təzyiqində 100 dərəcədir və adətən Koç qazanında aparılır. Qaynatma üsulundan isə ev şəraitində istiliyə davamlı metal və şüşə əşyaların dezinfeksiyası zamanı istifadə olunur. Bir şeyi unutmaq olmaz ki, qaynama tempraturu sterilizə edilən maddənin cinsinə görə dəyişir və bəzən sporları məhv etməyə belə yetmir.
- 2. Filtirləmə ilə sterilizasiya – maye halındakı maddələrin təmizlənməsində istifadə olunur. Bir növ mayenin mikroorqanizmlərdən arınmasını xatırladır. Bunun üçün istifadə olunan alətlər filt adlanır.
Şüa ilə sterilizasiyada – ultrabənövşəyi şüalar, x şüaları, betta və qamma şülarından istifadə olunur. Əsasən qida sənayesində, protez, sintetik qəlb qapaqları və cərrahiyyə ləvazimatlarının sterilizasiyasında tətbiq olunur.
Kimyəvi yolla sterilizasiya – adətən istifadə olunan qaz etilen oksiddir. Bu qaz mikroorqanizmlərin hamısına təsir etmə gücünə malikdir. Sterilizatordan çıxarılmış obyekt dərhal istifadə edilməməlidir, mütləq havalandırılmalıdır. Havalandırma isə maddənin 50-60 dərəcədə 8-12 saat və ya otaq tempraturunda 7 gün saxlanılması ilə həyata keçirilir.
Mayelərlə kimyəvi sterilizasiya – bakteriyalarən, göbələklərin, virusların bütün növlərini məhv edə bilir. Adətən sistoskop, bronkoskop kimi linzalı alətlərin təmizlənməsində istifadə olunur.
