Tubektomiyalar

Tubektomiya – borudankənar hamiləlik zamanı tətbiq edilən ən çox yayılmış əməliyyatlardan biridir.  Son dövrlər bu tip əməliyyatların sayı 20 dəfəyə qədər artıb. Əgər vəziyyətə müdaxilə olmazsa qadının həyatı təhülkə altında ola bilər. Buna görə də aşırı  qanaxma ilə müşayiət olunan hallarda cərrahi müdaxilə mütləqdir.

Tubotomiya – orqansaxlayıcı əməliyyat olmaqla, embrion çıxarıldıqdan sonra tikilir. Bu halda o nəinki orqan kimi bütövlüyünü qoruyur, eyni zamanda funksiyasını da bərpa edir.

Tubektomiya – embrionun ölçüsü 5 sm-dən çox olduqda borular çıxarılması ilə müşayiət olunan əməliyyatdır. Bu halda artıq uşaqlıq borularının funksiya bərpasından söz belə gedə bilməz.

Cərrahi müdaxilə xəstənin vəziyyətindən asılı olaraq, laporoskopik və laporotomik üsulla mümkündür. Laporoskopik yolla çox kiçik dəliklərdən orqanizmə daxil olan cərrahi çubuqlar əməliyyatı həyata keçirir.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.