Qeysəriyyə kəsiyi ilə doğuş

Doğuşun həm ana, həm də döl üçün təhlükəsiz başa çatmasını təmin edilməsində həlledici rol oyanayan tibbi müdaxilələrdən biri qeysəriyyə kəsiyi əməliyyatıdır. Kesar əməliyyatının gedişi və nəticəsi tətbiq edilən anesteziya üsullarından çox asılıdır.


Kesar əməliyyatında anesteziya zamanı əsas məqsəd döl mənfi təsir göstərməməkdir. Bu məqsədlə geniş miqyasda anestetiklərdən istifadə olunur. Kesar emeliyyatı zamanı anesteziya üsulunun seçimi metodu mamalıq fəsadlarından və ya ekstragenital xəstəliklərdən asılıdır.

Qeyseriyye kesiyi emeliyyatinın nəticələri anesteziya metodlarından çox asılı olduğu üçün xarici ölkələrdə tətbiq edilən üç anesteziyanın müqayisəli təhlili diqqəti cəlb edir. Birinci anesteziya metodu pentaminlə başlanır, arot-oksidi və oksigenlə davam etdirilir. İkinci anesteziya metodu ketaminlə aparılır. Üçüncü isə bupivikainin tətbiqi ilə peridural anesteziyadır. Müəlliflər bu anesteziyalar zamanı ananın v dölün vəziyyətini obyektiv meyarlarla qiymətləndirirlər və onlardan hər hansı birinin üstünlüyü barədə qəti fikir söyləmirlər.

Yeni dünyaya gələn körpənin və dölün vəziyyətini əsas tutaraq, abdominal doğuşlarda epidural anesteziyanın endotroxeal narkoza nisbətən daha səmərəli olması təsdiq edilmişdir. Müşahidələr göstərir ki, abdominal doğuşlarda epidural anesteziya anada və döldə patoloji dəyişkilik törətmir.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.