Uşaqlığın amputasiyası

Uşaqlığın amputasiyası – yəni tamamən çıxarılması qadınlar arasında ən çox aparılan əməliyyatlardan biridir. Adətən bu hal (histerektomiya) uşaqlıq miomalarında, nizamsız qanaxmalarda və digər ağırlaşmalarda aparılır.

Uşaqlıq miomaları –  amputasiya üçün ilkin səbəblərindəndir. Miomalar da  qadınlarda ən çox rast gəlinən şişlərdir.

Nizamsız qanaxmalar: amputasiyaların bir hissəsi hormonal səbəblərdən qaynaqlan nizamsız qanaxmalara əsasən edilir. Bu cür xəstələrdə dərman müalicəsi nəticə vermədikdə  və ya xəstə dərman müalicəsini qəbul edə bilməzsə, əməliyyat edilir.

Kəskin aybaşı ağrıları:  xəstənin gündəlik həyatını çətinləşdirirsə, preparatlarla müalicə müvəffəqiyyətli olmazsa və xəstə növbəti dəfə ana olmaq istəmirsə, uşaqlığın amputasiyası düşünülə bilər.

Doğuş ağırlaşmaları: Təcili uşaqlıq amputasiyaları daha çox doğuşla əlaqəli ağırlaşmalarlarda tətbiq olunur. Doğuşdan sonra kəskin qanaxmanı kəsmək mümkün deyilsə (atoniya), bərpa edilə bilməyən uşaqlıq cırıqlarında, plasentanın (ciftin) tam ayrılmaması hallarında lazımlı ola bilər.

Bundan başqa, endometrioz uşaqlıq və yumurtalıq xərçəngi, xoşxassəli yumurtalıq şişlərində  də uşaqlığın amputasiyası çıxış yoludur.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.