Uşaqlığın sallanmasında əməliyyatlar

Uşaqlıq sallanması getdikcə daha çox aktuallıq qazanmağa başlamışdır. Uşaqlığın sallanması uşaqlığın özünün uşaqlıq yoluna yerinə dəyişməsidir. Ağır dərəcəli sallanmalarda hətta cinsiyyət orqanından xaricə çıxması ilə müşahidə olunur.

Bu baxımdan xanımlarda narahatlıq yaranmasına səbəb olur. Hər bir xanım bu problemlə rastlaşa bilər. Buna görə də xanımlar özlərinə xüsusi diqqət etməlidirlər. Hər hansı bir şikayət və narahatçılıqla qarşılaşdıqda həmən müraciət etməlidirlər. Uşaqlı yolunun sallanmasının müxtəlif dərəcələri vardır.Təbii ki, xəstəliyij dərəcəsi artıqca narahatlıqlar və fəsadlar da artmağa başlayır.

Birinci dərəcəli uşaqlıq sallanması uşaqlı yoluna tərəf sallanır, lakin güc vermə zamanı xaricdən görsənmir. İkinci dərəcəli sallanmalarda artıq uşaqlıq boynu uşaqlıq yolundan xaricdə görünməyə başlayır. Bu həm sağlamlıq, həm də estetik baxımdan diskonfort yaradır.

Üçüncü dərəcədə hətta uşaqlıq boynu və uşaqlıq cisminin bir hissəsinin güc vermə zamanı və yaxud da adi hallarda cinsiyyət yolu ilə xaricdən görsənə bilir. Dördüncü dərəcədə isə tam düşməsidir. Uşaqlıq tam olaraq cinsiyyət yolundan kənarda görsənir.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.