Uşaqlığın ekstirpasiyası
Uşaqlığın ekstirpasiyası əməliyyatı uşaqlığın tamamən çıxarılmasıdır.
Əməliyyat zamanı uşaqlıq çox vaxt tamamən çıxarılır. Əməliyyatı aparan cərrah ağırlaşma sezərsə, eyni zamanda uşaqlıq borularını və yumurtalıqları da çıxara bilər. Ekstirpasiyadan sonra xəstə bir daha aybaşı görmür və anaolma qabiliyyətini itirir.
Uşaqlıq hansı hallarda çıxarılır ?
- Qanaxma, ciddi ağrı , və ya sonsuzluğa səbəb olan miomalar.
2. Ağır vaginal qanaxmalar . (xərçəng , miomalar )
3. Uşaqlığın sallanması
4. Endometriosis
5. Adenomiozis
6. Uşaqlıq boynu, uşaqlıq və ya yumutalıq xərçəngi vəya xərçəng önü şişlər
Ginekologiyada ekstirpasiyadan sonra daha sıx edilən yeganə əməliyyat qeysərriyə kəsiyidir.
Ekstirpasiya zamanı yumurtalıqlar çıxarılmalıdır ?
Bu məsələdə ən önəmli amil qadının yaşı və yumurtalıqların vəziyyətidir. Adətən cərrahlar 50 yaşdan yuxarı qadınlarda mümkün qədər yumurtalıqları qorumağa çalışır.
Yumurtalıqların çıxarıldığı xəstələrdə klimaks şikayətləri başlayır. Və əgər mümkündürsə klimaks müalicəsi başlanmalıdır. Ekstirpasiya texniki olaraq açıq, vaginal və ya laparoskopik üsulla icra edilə bilər.
Əməliyyat sonrası pasient xəstəxanada 1 və ya 2 gün qalır. Xəstənin tam sağalması açıq əməliyyatlar zamanı 4 həftəyə qədər çəkə bilər. Vaginal və ya laparoskopik əməliyyatlar zamanı 3 həftəyə qədər uzanır.